Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva BMT-nin “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və bununla bağlı dözümsüzlüyə qarşı mübarizə” qətnaməsinin icrasına dəstəklə bağlı bəyanat verib. Əslində 9 may İkinci Dünya Müharibəsindən, nasizm, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və bununla əlaqəli dözümsüzlükdən əziyyət çəkən hər kəsin qələbəsidir: “Buna baxmayaraq, təəssüf ki, bu gün dünya ictimaiyyəti Ermənistanda nasizmin yüksəldilməsi meyillərini müşahidə edir. Ermənistanın paytaxtında Qaregin Njde ləqəbi ilə Alman faşistlərinə xidmət edən faşist cəllad və satqın Qaregin Ter-Harutyunyana abidə ucaldılması da buna bir misaldır. Bəyanatda qeyd olunur ki, Ermənistan Müdafiə Nazirliyi hətta hərbi qulluqçuları və mülki şəxsləri təltif etmək üçün Qaregin Njdenin adına medal təsis edib. Ermənistan siyasi rəhbərliyi tərəfindən erməni cəmiyyətində nasizmin yüksək səviyyədə təbliğindən narahatlığımızı bir daha ifadə edərək, bütün beynəlxalq insan hüquqları təşkilatlarını insanlığa qarşı yönəlmiş bu cür fəaliyyətlərin dayandırılması üçün zəruri addımlar atmağa çağırırıq”.
- Baxış: 577