• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1727
— 06.05.2021 17:10

Şəmkirdə ​Yol polisinin növbəti reydi

KepezTV Player

Şəmkir rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və qəzaların qarşısının alınması məqsədi ilə növbəti dəfə reyd keçiriblər. Bir neçə avtomobilin ixrac qazlarının tərkibində olan zərərli maddələrin normadan  artıq olduğu üçün atmosferi çirkləndirdiyi aşkar edilib. Həmin sürücülər inzibati məsuliyyətə cəlb olunublar. Sükan sahiblərinin diqqətinə bir daha çatdırılıb ki, istifadələrində olan nəqliyyat vasitələrinin yanacaq sistemini tənzimləyib saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etməlidirlər. Yol polisi əməkdaşları piyadalarla da profilaktiki söhbət aparıblar. Səkilərdən və piyada keçidlərindən istifadənin vacibliyi vurğulanıb. Şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslarda keçirilən yoxlamalar zamanı isə karantin qaydalarının təmin edilməsi, tibbi maskadan istifadə barədə vətəndaşlarla profilaktiki söhbətlər aparılıb. Edilən xəbərdarlıqlara baxmayaraq karantin qaydalarını pozan sürücü və sərnişinlər barəsində qanunamüvafiq tədbir görülüb.