KepezTV Player
Xalq şairi Fikrət Qoca 85 yaşında vəfat edib.Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Əsərləri 1956-cı ildən mətbuatda çap edilib. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibidir.
- Baxış: 360