• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1659
— 04.05.2021 10:02

Yol polisi növbəti reyd keçirib

KepezTV Player

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi, piyadaların maarifləndirilməsi məqsədilə reyd keçiriblər. Piyada keçidlərindən istifadə etməyən şəxslər saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb.Bu kimi qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib. Polis əməkdaşlarının etdiyi xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçməyən 15 nəfər barəsində müvafiq tədbir görülüb.