• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1638
— 01.05.2021 12:32

Azad olunan əraziyə keçmək istəyən şəxs polisi vurub

KepezTV Player

Aprelin 30-da saat 13 radələrində Tərtər rayonunun Qaradağlı kəndi ərazisində Bərdə rayon sakini Mənsim Aslanov idarə etdiyi “QAZ-31” markalı avtomobillə işğaldan azad olunan əraziyə keçməyə cəhd göstərib. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşı onu dayandırmağa çalışsa da Aslanov avtomobillə onu vuraraq hadisə yerindən yayınıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində o, saxlanılıb. Qol nahiyəsindən yüngül xəsarət almış polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.