• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2457
— 30.04.2021 12:15

TİKA ehtiyaclı ailələrə yardım paylayır

KepezTV Player

Ramazan ayı münasibətilə Türk İş Birliyi və Koordinasiya Agentliyi Azərbaycanda yardım aksiyası təşkil edib. Gəncədə Türkiyə Baş Konsulluğunun təşkilatlığı ilə baş tutan aksiya qardaş ölkədə Yunus Əmrə, Hacı Bektaş Vəli, Ahi Evran ili çərçivəsində həyata keçirilir. “Ərənlər süfrəsi” proqramına əsasən reallaşan kampaniyada TİKA Azərbaycanda ümumilikdə 2500, Gəncə isə 250 yardıma ehtiyacı olan ailəyə sovqat təqdim edəcək. 1-ci və 2-ci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə və qazilərə, eləcə də Vətən müharibəsi zamanı ermənilərin Gəncəni raket atəşinə tutmasından zərər çəkənlərə və aztəminatlı ailələrə ərzaq yardımı veriləcək.