Prezident İlham Əliyevin bu günlərdə Zəngilana səfəri zamanı orada bir sıra təməlqoyma mərasimlərində iştirak etməsi artıq böyük qayıdışın startı deməkdir. Eyni zamanda, bu rayonun sakinlərinin doğma dədə-baba yurdlarına qayıtmaları üçün unikal layihələr də həyata keçiriləcək. Gəncədən olan deputat Müşfiq Cəfərov Ali baş komandanın son səfəri haqqında televiziyamıza fikirlərini bölüşüb.
Millət vəkilinin fikrincə, Prezident İlham Əliyevin Zəngilanda Beynəlxalq Hava Limanının, Zəngilan-Horadiz avtomobil yolunun, "Ağıllı kənd"in təməlini qoyması Azərbaycan dövlətinin azad olunan torpaqlarda bərpa işlərinə necə həssas yanaşdığının sübutudur. 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərini əhatə edən "Ağıllı kənd" layihəsinin icrası ilə vaxtilə bu ərazidən didərgin düşən sakinlərin doğma yurdlarına tezliklə qayıtmalarına şərait yaranacaq.
Parlamentarinin sözlərinə görə,Qarabağda qurulan yeni infrastrukturlar bura qayıdacaq sakinlər üçün yüksək həyat şəraitinin yaradılacağından xəbər verir. Dövlət başçısının da qeyd etdiyi kimi, azad olunan torpaqlarda icra edilən layihələr Azərbaycan dövlətinin gücünü göstərir.
İşğal dövründə yaşayış evləri kimi, dini və mədəniyyət abidələrimiz də vandalizmə məruz qalıb. Ölkə rəhbərinin göstərişi ilə həmin abidələrin bərpası istiqamətində də mühüm addımlar atılır. Zəngilan məscidinin konservasiyası işləri də bunlardan biridir.
- Baxış: 499