KepezTV Player
Quba şəhərində yerləşən obyektlərin birində meyxana demək üçün kütləvi toplaşmağa cəhdin qarşısı alınıb. Karantin qaydalarının pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə obyekt sahibi və məclisdə iştirak edən 82 şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.Məclisdə meyxana ustası kimi tanınan Rəşad Dağlı da iştirak edib. O da müvafiq qaydada məsuliyyətə cəlb olunub.
- Baxış: 464