KepezTV Player
Gəncədə avtomobil ustası mübahisə zəminində müştərisinə xəsarət yetirib. Hadisə şəhər ərazisində yerləşən avtomobil sexlərinin birində baş verib. Daşkəsən rayon sakini, 38 yaşlı Emin İsmayılovla avtomobilini təmir edən usta arasında ödəniləcək vəsaitlə bağlı mübahisə yaranıb. Bu zaman avtomobil ustası müştərisinə kəsici alətlə xəsarət yetirib. Xəstəxanaya aparılan İsmayılovun vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 467