KepezTV Player
Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti iclası keçirilib.
İclasda Qərargah üzvləri, şəhər və rayonların İcra hakimiyyəti başçıları və baş həkimlər iştirak ediblər.
Ölkədə pandemiyaya qarşı mübarizənin vəziyyəti – yoluxmanın dinamikası və peyvəndləmə prosesinin gedişi müzakirə olunub. Peyvənd ehtiyatı ilə bağlı vəziyyətin qənaətbəxş olduğu qeyd edilib. Peyvənd vurulması prosesinin sürətləndirilməsi və nəzarətin gücləndirilməsi haqda tapşırıqlar verilib.
- Baxış: 284