• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 694
— 30.03.2021 12:25

Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş qüvvəyə minir

KepezTV Player

10 dekabr 2020-ci il tarixində Bakıda “Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında imzalanmış Saziş" 1 aprel 2021-ci il tarixində qüvvəyə minir. Beləliklə, bu tarixdən etibarən Azərbaycan vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də biometrik şəxsiyyət vəsiqəsi əsasında Türkiyəyə vizadan azad şəkildə səyahət etmək imkanına malik olacaq. Sadalanan etibarlı sərhədkeçmə sənədlərinə malik olan Azərbaycan vətəndaşları Türkiyəyə ərazisinə daxil olmaq, tranzit keçmək və burada qalmaq üçün 90 gün müddətinə viza tələbindən azad edilirlər. Türkiyədən üçüncü ölkələrə və üçüncü ölkələrdən Türkiyəyə daxil olmaq üçün Azərbaycan vətəndaşları tərəfindən pasportların istifadə olunması məcburidir. Bu mənada, biometrik şəxsiyyət vəsiqəsi yalnız Azərbaycandan Türkiyəyə birbaşa səyahətlər üçün istifadə ediləcək."Azərbaycan tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunmasına dair müqavilə qardaş Türkiyə ilə mövcud olan dostluq, qardaşlıq və yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərinin bariz təcəssümüdür" - deyə Xarici İşlər Nazirliyinin açıqlamasında yer alıb.