Günümüzün təməl ehtiyaclardan birinə çevrilən internet həyatımızı dəyişir desək, əsla yanılmarıq. Müxtəlif məqsədlər üçün istifadə edililir intenetin imkanlarından. Müsbət tərəflərini də sadalayanlar var, yaratdığı çətinlikləri də. Kifayət qədər geniş yayılan internetin müsbət tərəflərinin olduqca çox olmasına baxmayaraq, səbəb olduğu təhlükələrin də fərqinə varmalıyıq. Ələlxüsus da azyaşlılar üçün.
İnternet təkcə bir ünsiyyət vasitəsi deyil, həm də bir çoxumuzun həyatının bir parçasıdır. Balansı qoruyaraq internetdən faydalanmaq və zərərlərindən qaçmaq isə öz əlimizdədir. Mobil cihazlardan istifadə edən böyüklərlə müqayisədə balacaların daha çox zərər dairəsinə düşməsi isə reallıqdır.
Ümumiyyətlə internet bütün dünyaya səs salmağa və ailələrə daxil olmağa başladığı bir zamanda uşaqları onun zərərli təsirlərindən qorumaq valideyinlərin üzərinə düşür.
Texnologiya biz istəsək də, istəməsək də inkişaf edir. Əlbəttə ki, bu inkişaf internet üçün də keçərlidir. İnternet haqqında söz düşərkən, əsasən də uşaqların ondan istifadəsi tənqid olunur. Müşahidələrimizdən də gördüyümüz kimi hətta 2 yaşında uşaqlar belə, artıq telefon, tablet və s. kimi elektron cihazlarla tanışdırlar. Mütəxəsislərin fikrincə bu, uşaqlarda psixoloji problemlərə də gətirib çıxara bilər.
İnternet aləmi virtual bir dünyadır. Bu dünyanın nə hüdudu, nə də sərhədi var. Ancaq gələcəyimiz olan uşaqların sağlamlığı və psixologiyası üçün bu sərhədlərə diqqət etməliyik.
- Baxış: 248