KepezTV Player
Gəncə şəhər Şah İsmail Xətai adına 13 saylı tam orta məktəbin direktoru yeni növ koronavirus infeksiyasından dünyasını dəyişib. Məktəb direktoru Hüsnay Mövlayeva bir müddət idi ki, COVID-19 virusundan müalicə alırdı. Göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Onun 60 yaşı olub. 13 nömrəli məktəb Novruz bayramından öncə bir müəllim və bir şagirddə COVID-19 virusu aşkarlanması səbəbindən bağlanıb, dərslər onlayn şəkildə keçirilib.
- Baxış: 495