İtaliyanın “Lo Spessore” analitik portalında italyan tədqiqatçı-jurnalist Domeniko Letizia-nın “Azərbaycanı gözdən salmaq üçün Ermənistanın yeni siyasi oyunu” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə Cəbrayıl rayonunun işğalı vaxtı Ermənistan tərəfindən orada qanunsuz olaraq inşa edilmiş “ibadətgah” ilə bağlı erməni tərəfinin yalanları ifşa edilir, həmçinin məsələyə münasibətdə həqiqətlər İtaliya ictimaiyyətinin diqqətinə çatıdırılır. "Azərbaycan məscidlərin və yəhudi mədəniyyət abidələrinin, habelə Ermənistanın işğalından azad edilmiş ərazilər də daxil olmaqla bütün ölkə ərazisində xristian kilsələrinin və dini irsin qorunması və etiqad azadlığı ilə dünyada tanınır.Ölkədə yaşayan italyanlar tərəfindən də vurğulandığı kimi, Azərbaycanın xristian icması Azərbaycan cəmiyyətinin ayrılmaz, fəal bir hissəsini təmsil edir və abidələr, ibadət yerləri və kilsələr dövlət tərəfindən mühafizə edilir və mütəmadi olaraq bərpa olunur", - deyə məqalədə vurğulanır.
- Baxış: 283