• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1324
— 23.03.2021 16:42

1 nəfər ölüb, 4 nəfər yaralanıb

KepezTV Player

Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində ağır yol qəzası baş verib.Ağsu rayon sakini 28 yaşlı Səbuhi Cəfərov "VAZ 2106" markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına aşıb. Sürücünün anası Ağsu rayon sakini, 56 yaşlı İrayə Cəfərova elə hadisə yerində dünyasını dəyişib. Digər sərnişinlər Ağsu rayon sakinləri - 34 yaşlı Mehriban Cəfərova , Sona Qasımova, 6 aylıq Pünhan Qasımov və 6 yaşlı Zəhra Qasımova müxtəlif dərəcədə bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.