• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1406
— 23.03.2021 20:58

Bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

KepezTV Player

Ağstafanın Aşağı Kəsəmən kəndində biri azyaşlı olmaqla, bir ailənin 5 üzvü yaşadıqları evdə dəm qazından zəhərlənib. Kənd sakinləri 54 yaşlı İradə Məmmədova, 33 yaşlı Rəşad Məmmədov, 37 yaşlı İlhamə Məmmədova, 32 yaşlı Emil Məmmədov və 11 yaşlı uşaq xəstəxanaya yerləşdirilib. Həkimlərin təcili təxirəsalınmaz tibbi yardımı nəticəsində ailə üzvlərinin həyatı üçün yaranan təhlükənin qarşısı alınıb. Hadisə yanacaqla işləyən elektrik paylayıcısından dəm qazı nın ayrılması səbəbindən baş verib.