10 noyabr bəyanatının bəzi maddələri üzrə hələ də Ermənistandan konstruktiv yanaşma görmürük. Xarici işlər naziri Ceyhun Bayramov slovakiyalı həmkarı İvan Korçokla birgə mətbuat konfransında deyib ki, Ermənistan Azərbaycan ərazilərindən bütün hərbi birləşmələrini çıxarmaq öhdəliyini götürüb. Ermənistan Azərbaycan ərazilərinə hərbçilərin göndərilməsinə son qoymalıdır. Bu, regionda sülh və sabitliyin təmin olunmasına təhdidlər yaradır. Bundan başqa, Ermənistan işğaldan azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana təqdim etməkdən imtina edir. Nazir qeyd edib ki, bu, beynəlxalq humanitar prinsiplərə, insani davranışlara ziddir. Dünya birliyi minalanmış ərazilərin xəritələrinin verilməsi üçün Ermənistana təzyiq etməlidir. Vurğulayılb ki, Azərbaycan hazırda işğaldan azad edilmiş ərazilərin bərpası ilə məşğuldur və bunun öhdəsindən layiqincə gələcək.
- Baxış: 255