KepezTV Player
Şuşada qala divalarının girişi bərpa olunub. Qalanın girişinin uçmuş hissələri əvvəlki vəziyyətə gətirilib, girişin üzərindəki "Şuşa" yazısı da öz yerini alıb. Qeyd edək ki, Qarabağ xanı Pənahəli xan 1750-ci ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və Qarabağ xanlığının mərkəzi buraya köçürülür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılır. Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Arran memarlıq məktəbi üslubunda inşa edilən qalanın tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qarışığından istifadə edilib. Qalanın üç qapısında biri - Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir.
- Baxış: 388