• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1945
— 15.03.2021 19:15

"Kəpəz" yığmaya qalib gəldi

KepezTV Player

"Kəpəz" Tovuzda təlim-məşq toplanışı keçirən 19 yaşlılardan ibarət Azərbaycan yığma komandası ilə qarşılaşıb. Tərəflər arasında yoxlama xarakteri daşıyan görüş Gəncə şəhər stadionunun süni örtüklü meydançasında reallaşıb. Milliyə "Kəpəz"dən çağırılan Ümid Səmədov doğma klubuna qarşı matçın iştirakçısı olmayıb. Yığma məşqçiləri müdafiəçinin "sarı-göylər" ilə oyunda forma geyinməsinə ehtiyac duymayıb. Görüşün nəticəsinə gəlincə, I Divizion təmsilçisi 1:0 hesablı qələbəyə sevinib. Gəncəlilərin heyətində Novruz Məmmədov fərqlənib. Yığma aşağı liqanın digər komandası "Turan Tovuz" ilə oynayıb və 5:1 hesabı ilə qalib gəlib. Millinin Tovuz toplanışı martın 9-dan başlayıb. Kollektiv ayın 19-dək yerli futbol akademiyasında hazırlıq prosesi keçəcək.