KepezTV Player
"N" saylı hərbi hissədə 13-cü "Hərbi aşpaz hazırlığı" kursunu müvəffəqiyyətlə bitirən məzunların buraxılış mərasimi keçirilib.Hazırlıq kursunda aşpazlara qidanın düzgün hazırlanması qaydaları, ərzaq məhsullarının emalı zamanı əmələ gələn tullantıların normaları, texnoloji avadanlıqlardan düzgün istifadə edilməsi qaydası, sanitariya-gigiyena tələblərinə ciddi riayət olunması və digər mövzular üzrə dərslər keçirilib.
Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara və mülki işçilərə sertifikatlar təqdim edilib.
- Baxış: 316