• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1594
— 12.03.2021 19:35

Fermerlər üçün yeni qurğu nümayiş olundu

KepezTV Player

Heyvandarlıq Elmi Tədqiqat İnistitunda fermer və torpaq mülkiyyətçiləri üçün infotur keçirilib. “Hidropon üsulu ilə yaşıl yemin yetişdirilməsi” üçün yaradılan mexanizm təqdim edilib.

Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Elm və İnnavasiya Mərkəzi və Heyvandarlıq Elmi Tədqiqat İnistitunun təşkilatçılığı ilə baş tutan infoturda media işçiləri ilə yanaşı 8 rayonun 20-ə yaxın fermer və torpaq mülkiyyətçiləri də iştirak edib. Hheyvandarlıqda yaşıl yemləmənin məhsuldarlığa müsbət təsirindən danışılıb. Yaşıl yem kütləsi isə daim əldə etmək mümkünsüzdür. Məhz elə bunun üçün də Heyvandarlıq Elmi Tədqiqat İnistitunda xaricdən gətirilən yeni texnalogiya quraşdırılıb.

Hidropon sistemi ilə hava şəraitindən asılı olmayaraq heyvanlar üçün yem bazasının yaradılmasına imkan yaradılır. Qapalı sistemdə istənilən hava şəraitində il boyu bunu etmək mümkündür. Bu avadanlığın istehsal gücü ilə sutkada 500 kiloqramdan 100 tona qədər yaşıl yem istehsal etmək olar.

Yeni texnologiyanın tətbiqi ilə az miqdarda maliyyə və kapital vəsaiti sərf etməklə heyvandarlığın əsas problemlərini həll etmək mümkün olacaq.

Elnur Vahidoğlu