Füzulidə müvəqqəti məskunlaşan 95 və Bakıda yaşayan 30 köçkün ailəsi üçün rayonun Əhmədbəyli kəndində müasir tipli yeni yaşayış qəsəbəsi salınıb. 17,3 hektar sahədə salınan qəsəbədəki evlərin 12-si birotaqlı, 23-ü ikiotaqlı, 48-i üçotaqlı, 12-i dördotaqlıdır.Qəsəbədə elektrik enerjisi və su təchizatı sistemi yaradılıb. Nasosxana tikilib və yanğınsöndürmə hidrantları quraşdırılıb. Qəsəbədəki bütün evlər zəruri məişət avadanlıqları ilə təmin edilib.
Aybəniz Gözəlova Füzuli sakini: Bu binada , bu vəziyyətdə artıq neçə ildir ki, məskunlaşmışıq. 30 ildə yaşadığımız bu çətin vəziyyətdən, acınacaqlı vəziyyətdən artıq belə deyək də canımız qurtarır. Öz elimizə, obamıza qayıdırıq.
Kəmalə Feyziyeva Füzuli sakini: 1993-cü ildə qaçaqaç düşdü, biz qaçdıq. Orda getdik məskunlaşdıq. Balaca 3 metrəlik bir otaqda. İndi də gəlmişik evimizə, eşiyimizə. Təmzlik işi görürük ki, evimizə köçək. Allaha min şükür orada , o balaca otaqda uşaqlar böyüyyürdü, nəmişlik olurdu. Amma burda amma indi min şükür ki, gəlmişik evimizə eşiyimizə.
- Baxış: 216