KepezTV Player
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq texnika və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Alov geniş sahəyə yayılmasının qarşısı alınaraq söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
- Baxış: 379