Respublikanın bir çox rayonlarına yağ qar nəticəsində rayonlarda, xüsusən dağlıq rayonlarda nəqliyyatın hərəkətində problemlər yaradıb.Gədəbəy rayonu istiqamətində hərəkətdə olan qoşqulu yük maşını yolların buz bağlaması nəticəsində hərəkət qabiliyyətini itirərək yolda qalıb.Dərhal ərazidə xidmət aparan Gədəbəy RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müəyyən tədbirlər həyata keçiriblər. YPX əməkdaşlarının gördüyü təhlükəsizlik tədbirləri nəticəsində yolun müəyyən bir hissəsi bir müddətlik hərəkətə bağlanıb, asfalt örtüyünün qardan təmizlənməsi üçün müəyyən işlər görülüb. Nəticədə yük maşını hərəkətini bərpa edərək yoluna davam edə bilib.
Hava şəraitinin dəyişməsi ilə əlaqədar Göygöl RPŞ-nin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. Bununla əlaqədar RPŞ-nin Dövlət Yol Polis Bölməsinin əməkdaşları rayon ərazisində mütəmadi xidmət apararaq, sürücü və piyadaların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər görürlər. Göygöl rayon sakinlərindən, xüsusi ilə dağ kəndlərində yaşayanlardan xahiş olunub ki, mümkün qədər yaşayış yerlərini tərk etməsinlər, nəqliyyat vasitəsi idarə edənlər isə ara məsafəsi, minimal sürət və digər zəruri tədbirlərə riayət etsinlər.
- Baxış: 352