KepezTV Player
Roma papası I Fransisk İraqa səfəri çərçivəsində Nəcəf şəhərində İraq şiələrinin lideri, ayətulla Əli əl-Sistani ilə görüşüb. Bu, din xadimləri arasında ilk görüş olub və mətbuata qapalı keçirilib.
90 yaşlı Əli əl-Sistani çox nadir hallarda görüşlər keçirir. Roma papasının İraq səfəri martın 8-dək davam edəcək. Bu, papanın koronavirus pandemiyası başladıqdan sonra xarici ölkələrə ilk səfəri olub.
- Baxış: 426