KepezTV Player
Ağdamda idarə rəisi minaya düşüb. 54 yaşlı Hafiz Əzimzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Rayonun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Əzimzadə su quyularının bərpası işləri ilə məşğul olan zaman ərazidə minaya düşüb. O, çoxsaylı xəsarətlər alıb və sağ ayağın topuqdan aşağı ətrafı amputasiya edilib. Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
- Baxış: 399