• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1218
— 03.03.2021 12:13

Şəmkirdə toy edənlər məsuliyyətə cəlb olunublar

KepezTV Player

Şəmkirdə 120 nəfərlik toy mərasiminin keçirilməsinin qarşısı alınıb. Rayon Polis Şöbəsinə restoranlardan birində toy məclisinin keçirilməsi barədə məlumat daxil olub. Asayiş keşikçiləri dərhal həmin ünvana gələrək mərasimi dayandırıblar. Məclis iştirakçıları və restoranın inzibatçısı saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. 40 nəfər barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək 200 manat cərimə olunub. Restoran sahibi və 3 əməkdaşı barəsində protokol isə baxılması üçün məhkəməyə göndərilib. Digər şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılıb, bu kimi hallara bir daha yol verilməməsi barədə xəbərdarlıq edilib.