• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1100
— 01.03.2021 19:14

Prezident İlham Əliyevin mətbuat konfransı İspandilli KİV-lərdə

KepezTV Player

İspaniyanın “EFE” agentliyi, “El diario” qəzeti, Dominikan Respublikasının “Diario Libre” qəzeti, eləcə də Türkiyənin Anadolu, Çinin Sunxua agentliklərinin ispan dilində olan versiyaları Prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı ilə bağlı informasiyalar dərc ediblər.İnformasiyalarda xüsusilə dövlətimizin başçısının İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyət, hazırda Ermənistanda gedən proseslərlə bağlı fikirlərinə yer verilib. İnformasiyalarda, həmçinin Prezident İlham Əliyevin “Əgər hər şey bizim fikirləşdiyimiz kimi gedərsə, hansısa mərhələdə sülh sazişinin də imzalanmasını istisna etmirik. Çünki 10 noyabr tarixli Bəyanat mahiyyətcə elə de-fakto sülh sazişidir” sözləri yer alıb.