KepezTV Player
Ermənistan müxalifəti İrəvanda, Baqramyan prospektində mitinqə və konsertə toplaşıb. Aksiya baş nazir Nikol Paşinyanın əleyhdarlarının daimi yerində - Milli Məclisin hasarının ətrafındakı çadır düşərgəsində keçirilir. Oraya bir neçə min insan yığışıb.***
Bu arada Paşinyan martın 1-nə mitinq təyin edib. O, bildirib ki, mitinqin və təntənəli yürüşün hədəfi - Ermənistanda demokratik və konstitusiya quruluşunun müdafiəsidir. Baş nazir mitinqdə və təntənəli yürüşdə paytaxtın bütün rayonlarından və Ermənistanın başqa ərazilərindən mümkün qədər çox insanın iştirak edəcəklərinə ümidini ifadə edib. Qeyd edək ki, artıq bir neçə gündür İrəvanda Paşinyanın tərəfdarları və əleyhdarlarının aksiyaları keçirilir.
- Baxış: 288