• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1617
— 24.02.2021 20:29

"Kəpəz FM"in 3 medallı qazisi

KepezTV Player

Vətən müharibəsində silaha sarılaraq düşmənə sarsıdıcı zərbələr vuraraq qələbə sevincini bizlərə yaşadanlardan Kəpəz Müstəqil Teleradio Şirkətinin də əməkdaşları var. Bunlardan biri ali baş komandan tərəfindən 3 medala layiq görülən Məhərrəm Məsimzadədir.

Məhərrəm Məsimzadə - qazi: Səfərbərlikdən N saylı hərbi hissədən çağırış gəldi. Mən getdim ikinci Qarabağ müharibəsində iştirak elədim. İlk hücum komandası gələndə axşam saat 10-du bölük komandiri içəri girdi komanda verəndə ki, saat 4-də hücum olacaqdır bölüyümüzdə elə ruh yüksəkliyi, əhval ruhiyyə var idi ki, yadımdan çıxmaz.

Döyüş əmiri ilə hücuma keçən Məhərrəm və onun hərbiçi yoldaşları vətən torpağının azadlığı üçün irəli atıldılar. Ürəklərində vətən sevgisi, gözlərində sevinclə. Bu sevinci 30 ilə yaxın idi ki, xalqımız gözləyirdi. Məhərrəm Məsimzadə vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı, Laçın istiqamətlərində gedən döyüşlərdə böyük şucayət göstərib. Döyüşçü yoldaşları ilə birlikdə əsil qəhrəman kimi vuruşub. İndi onlarla, ailələri, eləcə də bütün Azərbaycan xalqı fəxr edir.

Məhərrəm Məsimzadə - qazi: Döyüş elə də çətin olmadı. Hər bir təminatımız silah, ərzaq yerində idi. Fərqi yoxdur qabaq, arxa hamımız bir yumruq olduq, hər kəsin bu döyüşdə əziyyəti var sağ olsunlar. Biz haqq yolunda qələbə qazandıq bu sevinci dilə gətirə bilmirəm. Laçında idik bölük komandiri yanımda idi birdən ratsiyadan xəbər gəldi ki, qələbə bizimlədir. Üzbəüz aramızda 50 metr fərq yoxdur biz onların qabağında qalxıb qucaqlaşırdıq, sevinirdik, qışqırırdıq. Şəhid analarının qarşısında baş əyirəm, əllərindən öpürəm, qazilərimizə Allahdan şəfa diləyirəm.

Səkinə Məsimova - qazinin anası: Mən oğlumla fəxr edirəm. 30 ilə yaxın tapdaq altında olan torpaqları azad elədilər. Məhərrəmin atası da Birinci Qarabağ müharibəsinin veteranıdır. Onların yarımçıq qalan işini oğlu yerinə yetirdi. Bütün əsgərlər rəşadətlə vuruşdular. Xalqımız da ali baş komandanın ətrafında bir yumruq kimi birləşdi və düşmənə zərbələr endirdilər.

Füzulinin, Cəbrayılın və Qubadlının azad edilməsinə görə medalları ilə təltif edilən 27 yaşlı Məhərrəm Məsimzadə noyabr 1-də öz doğum gününü döyüş meydanında hərbiçi yoldaşları ilə birlikdə keçirib. İndi isə qayıdıb doğma məkana, Kəpəz FM kopllektivinin sıralarına. Radioda səs rejisoru işləyən Məhərrəmin indi tək arzusu var. İşğaldan azad olan torpaqlara hərbçi kimi yox, turist kimi səfər etmək.

Elnur Vahidoğlu