"Ali təhsil haqqında" qanun layihəsinin hazırlanması üçün ali təhsil müəssisələrindən alınan təklifər Təhsil Nazirliyində müzakirə edilib. Hazırlanacaq qanun ali təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, digər təhsil pillələri ilə çevik əlaqələndirilməsi, ömür boyu təhsili təmin etməsi, tələbəyönümlü tədrisin təşkili, keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqi üzrə ən müasir konsepsiyaları özündə ehtiva etməlidir. Təhsil naziri Emin Əmrullayevin sözlərinə görə,Ali məktəblərə "Tədqiqat universiteti" statusu verilməsi üçün ali təhsil müəssisələri qarşısında müvafiq tələblər qoyulub və hazırda bu istiqamətdə müvafiq işlər görülür. Nazir “Qələbə dərsləri” adı altında müxtəlif fənn və sinifləri əhatə edən mövzular hazırlanaraq tədris edildiyini də sözlərinə əlavə edib.Bəzi ailələrdə zəruri texnologiyaların olmaması səbəbindən distant tədrisə hələ də qoşula bilməyənlər var. Təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, problemlərin qismən aradan qaldırılması və distant təhsil imkanlarından daha çox insanın faydalanması üçün dövlət və özəl qurumları əməkdaşlığa dəvət edir.
- Baxış: 336