• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1998
— 19.02.2021 09:22

Şuşadan oğurlanan xalçalarla "erməni sərgisi"

KepezTV Player

Ermənilər Şuşa Xalça Muzeyindən ötən il noyabrın 1-dən çıxardıqları xalçaları özününküləşdirmək qərarına gəliblər. Ermənistanın Tamanyan adına Milli Memarlıq Muzey-İnstitutunda fevralın 20-də təşkil ediləcək sərgidə dırnaqarası “Arsax” adlandırılan Şuşa xalçaları nümayiş etdiriləcək. Ermənilərin oğurluğa əl atdığını Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan da öz tvitter hesabında təsdiqləyib. Qeyd edib ki, fevralın 20-də Tamanyan adına Milli Memarlıq Muzey İnstitutunda təşkil olunacaq sərgidə xalçalar Şuşadan gətirilib və ən qədim xalçanın 350 yaşı var. Beynəlxalq hüquq normalarına zidd olan bu addıma görə Azərbaycan Mədəniyyət Nazirliyi tədbirlər görməyə başlayıb.