• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1860
— 18.02.2021 10:37

Qədim memarlığın özünəməxsusluğu bu gün də qorunur

KepezTV Player

Ta qədimdən mövcud olub Gəncədə kəpriclə tikinti. Elə dahi Nizami də əsərlərindən birində Kərpickəsən kişi barədə söz açır. Yəni qırmızı kərpicdən tikilmiş mülklər, özünə xas memarlığı özündə yaşadan tarixi abidələr Gəncənin simasını xarakterizə edir.

Gəncəyə ilk dəfə gələn qonaqların diqqətini qırmızı rəngli kərpicdən tikilmiş tarixi və müasir binalar çəkir. X-XII əsrlərdən bu günə qədər istifadə olunan, illərin sınağından keçən kərpic tikinti üçün davamlı, uzunömürlü olduğunu sübut etməklə yanaşı şəhərin arxitekturasına xüsusi yaraşıq verib. Elə şəhərdə aparılan abadlıq-quruculuq işləri də qədim Nizami yurdunun qədim görkəminə xas nəfəs gətirməklə icra edilir.

Süleyman Abbasov inşaat mühəndisi:Gəncədə adətən kərpic tikintilərdən istifadə olunub. Bu adətən çiy kərpicdən olub, sonra bişmiş kərpicdən binalar tikilib. Arnamentlər əsasən kərpicdən olubdu və uzun müddət Gəncənin qədim tarixindən bu tərəfə kərpicdən daha çox istifadə olunub tikintilərdə. Mən öz yaşıma uygun deyə bilərəm ki, Gəncədə əsasən son 20 il hardasa 20-30 il bundan qabaga kimi əsasən evlər kərpicdən tikilirdi. Tikintilərin əsasən kərpicdən tikilməsi aparılırdı. Sonradan kubik daşından və digər daşlardan istifadə olundu, beton  məmulatlarından. Və kərpic işləmələri müəyyən qədər aradan çıxdı. Ancaq 20-ci əsrin təxmini 80-ci illərindən başlayaraq yenidən Gəncədə kərpic işləmələrinə başlanıldı.

Şəhərin qədim memarlıq üslubunun yaşadılması, bərpası və gələcək nəsillərə ötürülməsi həm də mənəvi borcu hesab edilir. Nizami, Məhsəti, Vazeh kimi böyük dahilər yetirən Gəncənin təsvirini düşünəndə gözlərimiz önündə canlanan qırmızı kərpicli binalar şəhərin qədimliyinin də simvolu sayıla bilər.

Elnur Həsənov AMEA -nın Gəncə bölməsinin əməkdaşı:Ümumiyyətlə Gəncədə və qədim şəhərlərdə yerli tikinti materiallarına həmişə üstünlük verilib. Bunların içərisində də şüphəsiz ki , ən mühim yerli xammal, həmdə ən dayanıqlı xammal qırmızı bişmiş kərpic hesab olunur. Ona görə də Gəncənin həm qədim dövrü, həm orta əsrlər mərhələsi  həm də müasir dövründə bu çox mühim memarlıq elementi kimi istifadə olunur. Bilirsiz ki, tarixən Gəncə,Təbriz və dünyanın bir neçə mühim şəhərləri var ki, orda istifadə olunan memarlığın sirləri hələ də bu günə qədər açılmayıb. Bunun bir neçə səbəbi var, bunların içərisin qızıl kəsişmə üsulu kərpic xüsusi ilə önəmlidir. Çünki qızıl kəsişmə üsulu bu həm kərpiclərin bir-birinə düzgün mütanasibliyidir, həm də memarlıqnan inşa olunan, yəni qırmızı bişmiş kərpicnən inşa olunan  abidələrin davamlılığını və onların çox əsilli mövcudluğunu şərtləndirən əsas amillərdən biridir. Bu gün Gəncədə bir çox tarixi memarlıq abidələri qorunur, resdavrasiya olunur,xüsusi ilə də qırmızı bişmiş kərpicnən olan abidələr, oların tarixiliyinə zərər yetirilmədən qorunmasına xüsusi diqqət göstərilir.

Şəhərin mərkəzindəki Şah Abbas Məscidi, Çökək Hamam, “Xan bağı”nda XVI əsrin qalıqları olan qala divarları, Cavad xan küçəsindəki tikililər, Kukla Teatrının binası ilə yanaşı yeni, müasir üslubda qırmızı kərpiclə tikilmiş və üzlənən binalar Gəncəyə qeyri-adi yaraşıq verir. Şəhərdə gedən tikinti-quruculuq işlərində tarixi simanın qorunması ön plana çəkilərək, qırmızı kərpiclə üzləmələrə daha çox yer verilib. Milli ornamentlərə uyğun küçə və prospektlərdəki hasarlar kərpiclə üzlənib, bir çox binalar özünəməxsus formada bəzədilib. Bu  da şəhərin qədim memarlıq üslubunun bərpası yolunda atılan mühüm addım deməkdir.