Yasamal rayonunda bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri edən polis əməkdaşı vəzifəsindən azad edilib. DİN-dən verilən məlumata görə, videogörüntülər hərtərəfli və operativ araşdırılıb, qapalı məkanda tibbi maskadan istifadə etməyən xanıma qarşı kobudluq edən şəxsin Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu olduğu müəyyən edilib. O,o polis adına yaraşmayan əməlinə görə tutduğu vəzifədən azad edilib. Hadisə fevralın 12-də baş verib. Camal Qubadov bərbərxanaya daxil olaraq, qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını deyib. Vətəndaş isə maska taxdığını bildirərək buna etiraz edib. Sahə müvəkkili qadına qarşı fiziki təzyiq edərək onu itələyib, sonra isə polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat keçiriblər. Narkotik vasitələrin alışı və satışı ilə məşğul olmaqda şübhəli bilinən Vüsal Həşimov saxlanılıb. Ondan ümumi çəkisi 3 kiloqram 15 qram olan heroin götürülüb. Müəyyən olunub ki, Həşimov şəxsiyyəti istintaqa məlum olmayan tanışlarından biri ilə əlaqə yaradaraq narkotik vasitələrin Bakıya gətirilməsinə kömək edib.
Maşınlara qənim kəsilənlər tutulublar)) Yasamal RPİ-nin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə paytaxt ərazisində nəqliyyat vasitələrinin yan güzgülərini oğurlamaqda şübhəli bilinən keçmiş məhkum Rövşən Süleymanov və Şahmar Əlicanov saxlanılıblar. Onların əsasən “Mersedes” markalı avtomobillərin yan güzgülərini oğurlayaraq dəyər-dəyməzinə satdıqları məlum olub. Faktlarla bağlı cinayət işləri açılıb.
- Baxış: 548