• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1838
— 17.02.2021 15:20

Ermənilərin Ağdamda atıb qaçdığı silah-sursat tapılıb

KepezTV Player

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Suma kəndi ərazisində düşmənə məxsus səngər və istehkamlara baxış keçiriblər. Erməni hərbçilərin atıb qaçdığı 5232 müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.