• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1769
— 16.02.2021 19:05

"Gələcək üçün peşə təhsili və təlimi"

KepezTV Player

Bu il əvvəlki illərə nisbətən peşə təhsilini seçənlərin sayında 27 faiz artım olub. “Gələcək üçün peşə təhsili və təlimi” layihəsinin təqdimatında təhsil naziri Emin Əmrullayev bildirib ki, gənclərin peşə təhsilinə olan marağını artırmaq məqsədilə 35 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər də açılıb. Nazirin sözlərinə görə, Azərbaycanda IX sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya müəyyən ixtisasa yiyələnməyən xeyli sayda gənc var. Bu istiqamətdə peşə təhsilinin əhatəliliyinin və əlçatanlığının artırılması çox böyük fürsətdir.