• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1729
— 15.02.2021 19:28

Bağça və peşə məktəblərində təlim-tədris prosesi bərpa edilib

KepezTV Player

Bu gündən uşaq bağçaları ilə yanaşı peşə məktəblərində də əyani formada təlim-tədris prosesi bərpa edilib. Təbii ki, xüsusi karantin rejimin tələbləri gözlənilməklə.

Məktəbə qədər tərbiyə müəssələri, uşaqların məktəbə getməzdən əvvəl baxçada təlim tərbiyə alması vacibdir. Çünki bu əslində təhsil sistemimizin əsas hissəsidir. Uşaq baxçalarının fəaliyyətini bərpa etməsi, bu baxımdan əhəmiyyətli hesab edilə bilər.

Qapıları yenidən uşaqların üzünə açılan bağçalarda hərarətin ölçülməsi, dezinfeksiya məhlulu ilə əllərin təmizlənməsi, tənəffüs yollarını qoruyan vasitələrlə təminat vacibdir. Tərbiyyə müəssisəsinə daxil olan uşaqlar yoxlanıldıqdan sonra otaqlarda ara məsafəsi gözlənilməklə əyləşirlər. Qruplarda uşaqların sayı azaldılsa belə, elə ilk gündən uzun müddətli fasilədən sonra bir araya gələn balacalar sevincli idilər.

Tərbiyyəçilər və texniki işçilər də qoruyucu vasitələrdən istifadə etməklə təlim prosesinə cəlb edilib. Mətbəxdə də gigiyenik qaydalara əməl edilir, maska ilə yanaşı tibbi əlcəkdən də istifadə olunur.

Gəncədə 42 uşaq bağçasında bu gündən təlim prosesi bərpa edilib.

Əbəs yerə deməyiblər ki, düzgün tərbiyə olunmuş övlad sağlam gələcəyin təminatıdır.Həm də bir dövləti, bir millətin sabahı, gələcəyidir. Bu gələcək ixtisaslı, peşəsinə yiyələnən kadrlardan da asılıdır.

Bu baxımdan fəaliyyətini bərpa edən peşə məktəblərində də sosial izolyasiya tədbirlərinə əməl edilməklə tədris bərpa olunub. Şəhərdəki peşə təhsili verən 6 müəssisədə də orta məktəblərdə olduğu kimi şagirdlər qruplara bölünərək dərslərə gəlir.

Şahin Məhərrəmov - Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin müdiri:  Bu gündən etibarən demək olar ki, istehsalat təlimi dərsləri, labaratoriya dərsləri və istehsalat təcrübəsi keçəcək tələbələr əyani formada xüsusi karantin rejminin tələblərinə uyğun olaraq məktəbə cəlb edilmişlər. Əyani formada bəzi dərslərin keçirilməsi yəni səriştə istiqamətli, təcrübə xarakterli, istehsalat təlimi dərslərə bu gündən emalatxanalarda cəlb olunmuşdur. Uyğunlaşdırılmış təcrübə planlarına uyğun olaraq, qurulmuş dərs cədvəlinə uyğun olaraq həftənin müəyyən günləri onlar dərslərə cəlb olunub əyani formada təcrübə xarakterli olaraq avadanlıqlardan istifadə edilib həm nəzəri bilikləri həm də təcrübi bilikləri ilə qarşılıqlı olaraq əlaqələndirilirlər. ))

Gəncədəki 3 ali təhsil ocağından Azərbaycan Dövlət Aqrar və Texnologiya Univerisitetlərində tədris distant formada davam edir, Gəncə Dövlət Universitetində isə qismən bərpa olunub.