• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1722
— 11.02.2021 19:05

"Bu cür yanaşmalar ABŞ-Türkiyə əlaqələrinə zərər verir"

KepezTV Player

Dağlıq Qarabağ münaqişəsi ABŞ-ın da həmsədri olduğu Minsk Qrupu tərəfindən həll edilməli idi. Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop 54 amerikalı senatorun Prezident Co Baydenə insan hüquqları məsələsində Türkiyəyə təzyiq etməsinə dair məktubuna münasibət bildirərkən deyib. “Beynəlxalq hüquqa görə Minsk Qrupu işğalçını o torpaqlardan çıxartmalı idi. ABŞ-ın da bu çərçivədə Azərbaycanın yanında olduğu qənaətinə gəlirik. Amma bu senatorlar nə deyirlər? Onlar Ermənistanı qınamaq yerinə Azərbaycanı və beynəlxalq hüquqa əsasən ona dəstək verən Türkiyəni tənqid edirlər”, - deyə Şentop vurğulayıb. Qeyd edib ki, bu cür yanaşmalar ABŞ-Türkiyə əlaqələrinə zərər verir.