• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1731
— 11.02.2021 18:58

Hərbçilərin valideynləri əsas prospekti bağlayıb

KepezTV Player

Ermənistanda itkin düşən hərbçilərin qohumlarının etiraz aksiyaları davam edir. Bu gün hərbçi yaxınları İrəvanın əsas prospektini bağlayıblar. Valideynlər Ermənistanın baş nazirinin ofisinin rəhbəri Arsen Torosyanın açıqlamasına etiraz ediblər. Torosyan deyib ki, indiyə kimi olan əsirləri geri qaytardıqları üçün valideynlər hökumətə minnətdar olmalıdır. Bu gün həmçinin, itkin düşən hərbçilərin yaxınları Ermənistan hökumətinin binası qarşısında da etiraz aksiyası keçiriblər.