KepezTV Player
Azərbaycan Ordusunun hərbçiləri minaya düşüblər. Müdafiə Nazirliyindən verilən məlumata görə, bu gün Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində hərbi qulluqçularımız - polkovnik-leytenant Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə ediliblər. Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur. Hərbi prokurorluq tərəfindən hadisə ilə bağlı araşdırmalara başlanıb. Prokurorluğun əməkdaşları hadisə yerinə ezam olunub, hadisənin hansı şəraitdə baş verməsinin müəyyən edilməsi ilə bağlı lazım olan tədbirlər görülüb.
- Baxış: 814