• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1577
— 09.02.2021 11:54

Müdafiə Nazirliyi Mollalar və Qəzyan kəndlərindən videogörüntülər təqdim edib

KepezTV Player

Mollalar Ağdam rayonunun Boyəhmədli inzibati ərazi vahidində yerləşən yaşayış məntəqəsidir. Oykonim “mollalar nəslinə mənsub olanlar” mənasındadır. 

Müdafiə Nazirliyi Qubadlı rayonunun Qəzyan kəndindən də videogörüntülər paylaşıb. 1993-ci ildə işğal edilən kənd 2020-ci il noyabrın 7-də Azərbaycan Ordusu tərəfindən azad olunub. Qəzyan kəndi Bərgüşad çayının sahilində, dağlıq ərazidədir. Ərəb dilində qazi “kafirlərə qarşı vuruşan döyüşçü və dəstə, qoşun başçısı” mənasındadır. Milli qəhrəman Əliyar Əliyev bu kəndəndir.