KepezTV Player
Döyüşün ilk günü artilleriya bölməri tərəfindən düşmənin 500-qədər hədəfi məhv olunub. Vətən müharibəsində təkcə artilleriya qoşunları ermənilərin 380-dən çox artilleriya vasitəsini məhv edib. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov deyib. Onun sözlərinə görə, müasir, universal radiolokasiya komplekslərinin tətbiqi ilə düşmənin atəş açan raket və artilleriya vasitələri aşkar olunaraq dərhal cavab atəşi ilə susdurulub, məhv edilib və yerdəyişməyə məcbur edilib.
Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov isə deyib ki, Vətən Müharibəsi bitdikdən sonra da Azərbaycan Ordusu döyüş hazırlığı ilə məşğul olur.
- Baxış: 401