Sumqayıtda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı “Şəfa” sanatoriyasının mansardında yanğın olub. Hadisə səhər saatlarında şəhərin 10-cu məhəlləsində qeydə alınıb. Belə ki, dördmərtəbəli mansard tipli yataqxana binasının ümumi sahəsi 500 kvadratmetr olan mansardında taxta konstruksiyalardan ibarət 1 otaq 15 kvadratmetr sahədə yanıb. Dərhal əraziyə yanğınsönüdürənlər cəlb olunub və yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğın yerinin kəşfiyyatı zamanı 49 yaşlı Məzahir Əhmədovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ölən şəxs ailəsindən ayrı yaşayırmış. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yataqxana əvvəllər sanatoriya kimi fəaliyyət göstərib. Sonradan isə orda məcburi köçkünlər yaşadığına görə yataqxana olub.
- Baxış: 775