• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1654
— 08.02.2021 15:28

Türkiyə Azərbaycanın şəhid övladlarına təhsil təqaüdü ayıracaq

KepezTV Player

Türkiyənin Xaricdəki Türklərlə və Yaxın İcmalarla İş İdarəsi Ermənistanla döyüş əməliyyatların nəticəsində şəhid olmuş azərbaycanlıların övladları üçün özəl təqaüdlər təklif edib. Bu barədə Türkiyə mətbuatı yazır. İdarənin rəhbəri Abdulla Eren deyib ki, Türkiyə şəhid övladlarına təhsil vermək istəyir. Bunun üçün Xaricdəki Türklərlə və Yaxın İcmalarla İş İdarəsi Türkiyədə araşdırma və dil tədrisi məqsədilə bu kateqoriyadan olan tələbə və aspirantlara xüsusi imkanlar təqdim edəcək: "Bütün sahələrdə olduğu kimi Türkiyə təhsil sahəsində də azərbaycanlı qardaşlarını dəstəkləyir", - deyə vurğulanır.