• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1345
— 06.02.2021 21:05

"Çinar" konfetinin rəmzi olan Çinarın maraqlı hekayəsi...

KepezTV Player

Ötən əsrin 70-ci illərində şöhrəti bütün SSRİ-ni bürüyən Azərbaycanın məşhur brendi, yaşlı və orta nəslin nümayəndələrinin yaxşı xatırladığı Çinar konfetini hədiyyə olaraq aparardılar.Dadından doymadığımız şokoladın indi o şöhrəti olmasa da, mövzumuz onun qablaşdırıldığı qutunun üzərindəki ağacın tarixçəsi ilə bağlıdır.

Ulu öndər Heydər Əliyevin 1973-cü ildə Gəncəyə səfəri zamanı tövsiyə edib ki, şəhərdə Şərq şirniyyatı hazırlansın, adı da Gəncə ilə bağlı olsun. Gəncənin çinarlar şəhəri olduğu nəzərə alınaraq istehsal ediləcək şokoladın adının da "Çinar” olması məqbul hesab edilir. Elə o dövrün məşhurr “Çinar”ının da qablaşdırılması üzərində  Çinar ağacının şəkli olan qutularda edilir. Amma fotodakı ağac Gəncədə yox, Samuxda çəkilir. Bu da əbəs yerə olmayıb. Çünki tarixin yadigarı yalnız insan zəhməti ilə ucalan tikililər deyil, həm də təbiətin öz hökmü ilə yaratdığı abidələrdir. “Çinar” konfetinin qutusunun üzərindəki ağac Samuxun Kolayır kəndinə gedən yoldan azacıq aralıda ucalan əzəmətli Düldül çinarıdır.

Arif Qazıyev ADAU-nun dosenti: Çinar ağacı bugün bizim ərazilərimizin demək olar ki, şəhərlərimizin abadlaşmasında, şəhərin gözəlləşməsində geniş istifadə olunan ağaclardan biridir. Bu isə bu gün üstündə durduğumuz Düldül adlanan ağac, deyildiyi kimi Hz Əlinin atının adı ilə bağlıdır və bura yerli camaat tez-tez gəlirlər ziyarət edirlər və müxtəlif arzu diləklərini söyləyirlər. Bir çox xalqlar tərəfindən yarpaqlarının hərəkətindən onun səsindən insanlar müxtəlif arzu diləklərini bildirirlər. Beləliklə nəticədə demək istəyirəm ki, çinar ağacı tək bizim millətin yox, ümumiyyətlə planetimizdə müxtəlif millətllərin yaşayış tərzində, məzmununda geniş istifadə olunur.

Yerli sakinlər qocaman çinarın dibində at nalının izini də göstərirlər. Onların inamına görə ağacın gövdəsindəki oyuq Düldülün nalının izidir. Bu gün Samux və ətraf bölgələrin əhalisi bu ağacı ziyarət edir, niyyət tutub onun budaqlarına yaylıq, dəsmal bağlayırlar. Niyyətləri müstəcəb olduqda isə ağacın yanında qurban kəsib, ehsan paylayırlar.

kənd sakini: Şifahi dillərdən dilə gəlib çıxan məlumata görə bu ağacın 1500 il tarixi var. İnsanlar da inanırlar, etiqad edirlər, gəlib ziyarət edirlər, ziyarətə gəlirlər. Gətirib burda nəzir verirlər ziyarət edirlər.

Qəribədir, illər, əsrlər keçdikcə çinar özü-özünü təzələyir. Onun nəhəng gövdəsində yeni-yeni pöhrələr, budaqlar ucalır, köhnələri, quru budaqları əvəz edir. Beləcə, əsrlərdir ki, Düldül həm özünün ucalığını saxlayır, həm də əzəmətli görkəmi ilə onu görənləri heyrətləndirir. Məhz konfetin qutusunun üzərində bu ağacın da əksini tapması əbəs deyil.