(012) 433-38-12; (012) 433-38-02) Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı xidməti ərazidə baş verən bir neçə hüquqazidd hərəkətlərinin qarşısı alınıb.Xəzər rayonu Zirə qəsəbəsi istiqamətində dəniz sahilində vətəndaşlar Elman Nəsirov, İlqar Əhmədov və Mövla Dövlətov saxlanılıblar. Onlara məxsus mühərriklə təchiz edilmiş qayığa baxış zamanı həmin şəxslərin dənizdən kəsərək oğurladıqları ümumi çəkisi 200 kiloqram olan müxtəlif ölçülü və təyinatlı kabellər aşkarlanaraq götürülüb.
Xəzər dənizinin Sumqayıt şəhəri Corat qəsəbəsi istiqamətində keçirdikləri növbəti tədbir zamanı isə qanunsuz balıq ovlamaqla məşğul olan Rafət Ayazov və Hikmət Səmədov saxlanılıblar. Onlara məxsus asma mühərriklə təchiz edilmiş qayığa baxış zamanı Xəzər dənizində ovlanması qəti qadağan edilən nərə, eləcə də digər cinsli balıqlar aşkarlanıb. Saxlanılan şəxslərin icazələri və kvotaları olmadan müvafiq dövlət qurumları tərəfindən saylarının çoxaldılması üçün Xəzər dənizinə buraxılan körpə nərə cinsli balıqları qanunsuz tutduqları məlum olub. Nərə balıqları təkrar Xəzər dənizinə buraxılıb.
Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
- Baxış: 686