KepezTV Player
Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər. Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev özünün “twitter” səhifəsində bildirib.
Cocuq Mərcanlıdan sonra diplomatik korpus nümayəndələri Cəbrayıl şəhərində erməni vəhşiliyinin izləri ilə tanış olublar. Daha sonra isə Zəngilan rayonuna yola düşəcəklər.
- Baxış: 262