• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1454
— 05.02.2021 09:28

Azərbaycan və Rusiyanın FHN rəhbərləri əməkdaşlığı müzakirə ediblər

KepezTV Player

Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına səfər edib. Görüş zamanı işğaldan azad olunmuş Azərbaycan torpaqlarında həyata keçirilən aidiyyəti humanitar tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. Hər iki nazirliyin müvafiq xilasetmə qruplarının nümayəndələri videokonfrans vasitəsilə görüşdə iştirak ediblər. Ərazilərin minalardan təmizlənməsi, habelə azərbaycanlı pirotexnik-mütəxəssislərin hazırlığı məsələləri də müzakirə olunub.