KepezTV Player
Fevralın 8-dən Gəncənin 45 məktəbində 20 mindən artıq 5-9-cu sinif şagirdi də ənənəvi formada dərsə gedəcək. Artıq bununla bağlı təhsil müəsisələrinə müvafiq göstərişlər verilib. Pandemiyanın hələ də davam etdiyi nəzərə alınaraq dərslər həftədə 3 gün keçiriləcək. Tədris günləri məktəblərin təyin etdiyi qrafikə uyğun müəyyən ediləcək. İbtidai siniflərdə olduğu kimi tədrisə başlayacaq şagirdlər də iki qrupa bölünməklə məktəbə gələcəklər. Ara məsafəsinin qorunmasına da xüsusi diqqət yetiriləcək. Şagirdlər partalarda sağ-sol qaydalarına uyğun olaraq əyləşəcəklər.
- Baxış: 297