Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarını açıqlayıb. Qəbul qaydaları "Abituriyent" jurnalının 1-ci nömrəsində dərc olunub. Bununla yanaşı, qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə qəbul imtahanı proqramları, ədəbiyyat siyahısı, tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar da yer alıb. Hər fənn üzrə 30 tapşırıq təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Qeyd edək ki,fənlər üzrə imtahana salınan mövzularda bu il müəyyən dəyişikliklər var. Belə ki, çətinlik dərəcəsi çox olan bəzi mövzular çıxarılıb. Eyni zamanda tarix fənni üzrə Vətən müharibəsi ilə bağlı yeni mövzular əlavə edilib.
- Baxış: 239